"Qalatasaray"da mühüm görüş
Türkiyə superliqasının son turunda səfərdə "Başakşəhər"ə 0:4 hesabı ilə uduzan "Qalatasaray" klubunda mühüm görüş keçirilib.

Klubun yeni prezidenti Duyqun Yarsuvat baş məşqçi Çezare Prandelli ilə görüşüb.

Görüş zamanı komandanın son zamanlar həm Çempionlar Liqası, həm də superliqada uğursuz çıxışları müzakirə olunub. Klub prezidenti ilə danışıqlardan sonra italiyalı mütəxəssisin istefaya göndəriləcəyi istisna edilmir.

Qeyd edək ki, Prandelli "Başakşəhər" məğlubiyyətindən sonra heç bir açıqlama verməyərək stadionu tərk etmişdi.

Xəbər 779 dəfə oxundu.