Millinin qapıçısı öldürüldü
Cənubi Afrika Respublikası (CAR) millisinin və "Orlando Payrets" klubunun qapıçısı Senzo Meyiva naməlum şəxslər tərəfindən öldürülüb.

27 yaşlı qolkiperin ölkəsində odlu silahla qətlə yetirildiyi bildirilib. Bir güllə yarası alan futbolçu xəstəxanaya aparılan zaman keçinib.

Qeyd edək ki, S.Meyiva son olaraq oktyabrın 25-i "Ayaks"a (Keyptaun) qarşı keçirilən matçda 90 dəqiqə meydanda olub. Həmin görüş "Orlando Payrets"in 4:1 hesablı qələbəsi ilə başa çatıb.

Xəbər 829 dəfə oxundu.