“Rabitə” beynəlxalq turnirin finalında

İsveçrənin Bazel şəhərində təşkil olunan qadın voleybolçular arasında “Top Volley İnternational” beynəlxalq turnirinin finalçıları müəyyənləşib.

Turnirdə ölkəmizi təmsil edən Bakının “Rabitə” klubunun həlledici oyundakı rəqibi Fransanın “Kann” komandası olacaq.

Yarışın ilk günündə Rusiyanın “Severstal” (3:1) və Fransanın “Kann klubuna (3:0) qalib gələn baş məşqçi Zoran Qayiçin komandası qrup lideri kimi final mərhələsinə yüksəlib. Bu üzdən də Azərbaycan çempionuna yarımfinalda digər qrupun ikincisi - Braziliyanın “Unilever” komandası rəqib olmuşdu. Bu rəqibini də yenən (3:0) komandamız finala vəsiqə qazanıb.

AzərTAc

Xəbər 967 dəfə oxundu.