Kasilyas Raul və Xavini geridə qoydu | |
Çempionlar Liqasının qrup mərhələsinin III turunda "Liverpul"la oyunda iştirak edən "Real" (Madrid) klubunun qapıçısı İker Kasilyas yeni rekorda imza atıb. İspan qolkiper "Real"ın heyətində Çempionlar Liqasında 85-ci qələbəsini qazanıb. 33 yaşlı qapıçı bu göstəricidə "Barselona"nın yarımmüdafiəçisi Xavi Hernandezi geridə qoyub. Xavi 84 dəfə ÇL-də qələbə sevinci yaşayıb. Kasilyas eyni zamanda qitənin ən mötəbər turnirində 143-cü matçına çıxmaqla ÇL-də 142 oyun keçirən "Real"ın canlı əfsanəsi Raul Qonzalesi də geridə qoymağı bacarıb. Qeyd edək ki, dünən səfərdə "Liverpul"un qonağı olan "Real" rəqibinə 3:0 hesabı ilə qalib gəlib. |
|
Xəbər 989 dəfə oxundu. |
|
|