"Messi və mən.." - Ronaldo
"Liverpul"la matç mənim üçün xüsusi idi. Çünki "Enfild" stadionunda ilk qolumu vurdum. Buna görə də qürur hiss keçirirəm. "Liverpul"u məğlub etdik və üç xalı qazandıq. "Enfild" stadionunda qələbə qazanmaq çox çətindir. Ancaq biz möhtəşəm oyun nümayiş etdirərək istəyimizə nail olduq".

Bu sözləri "Real"ın futbolçusu Kriştiano Ronaldo Çempionlar Liqasının qrup mərhələsinin üçüncü turunda "Liverpul"a səfərdə 3:0 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.

Portuqaliyalı hücumçu ÇL-də ən çox qol vuran Raulun rekorduna çox yaxınlaşması ilə bağlı da danışıb:

"Rekord barədə düşünmürəm. Çünki Raulun rekordunu yeniləyəcəyimə əminəm. Messi və mən bunu bacaracağıq. Mənim üçün önəmli olan komandamın qələbə qazanması idi".

Ronaldo da onu da qeyd edib ki, cari mövsüm də Çempionlar Liqasının kubokunu qazana bilərlər:

"Düzdür, bunun çətin olacağını bilirik. Ancaq qələbə qazanmağa davam etsək, Çempionlar Liqasının kubokunu qazana bilərik".

Xəbər 767 dəfə oxundu.