"Dnepr" - "Qarabağ" oyunu Rusiya telekanalında
Avropa Liqasının qrup mərhələsinin üçüncü turunda bu gün keçiriləcək "Dnepr" - "Qarabağ" oyunu Azərbaycan və Ukrayna telekanalları ilə yanaşı, Rusiya TV-sində də canlı yayımla nümayiş etdiriləcək.

"NTV Sport Soyuz" telekanalı Ağdam təmsilçininin sözügən matçını yayımlamaq qərarı verib.

Artıq bu matç telekanalın proqramına daxil edilib.

Qeyd edək ki, "Dnepr" - "Qarabağ" görüşü bu gün, Bakı vaxtı ilə saat 00:05-də başlayacaq.

Xəbər 890 dəfə oxundu.