Binəqədidə dama növü üzrə rayon birinciliyi keçirilib
20-22 oktyabr tarixlərində 276 № li tam orta məktəbdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 8 sentyabr 2014-cü il tarixli 183 saylı sərəncamına əsasən 2014-2015-ci tədris ili ərzində keçirilməsi nəzərdə tutulan Binəqədi rayon məktəblilərinin XXVII Spartakiadasının proqramına daxil olan dama növü üzrə rayon birinciliyi keçirilib.

Birincilikdə hər birində 6 nəfər (4 oğlan, 2 qız) olmaqla 28 məktəb komandası iştirak edib.

Yekun nəticələrə görə birinciyə 179, ikinciyə 276, üçüncü yerə 283 № li tam orta məktəbin komandası layiq görülüb.

Xəbər 1005 dəfə oxundu.