Millimiz Belçika ilə qarşılaşacaq
Bu gün 17 yaşadək futbolçulardan ibarət yığma komandamız Avropa çempionatının seçmə mərhələsi çərçivəsində ilk oyununu keçirəcək.

İdman.com.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, millimiz Eysden şəhərində Belçikanın U-17 komandası ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 22:00-da keçiriləcək.

Görüşün hakimi yunanıstanlı Atenasios Giaçosdur.

Xəbər 795 dəfə oxundu.