"Arsenal"ın qapıçısı üç ay oynamayacaq
"Arsenal"ın qapıçısı David Aspina üç ay yaşıl meydanlardan uzaq qalacaq.

Buna səbəb kolumbiyalı qolkiperin dizindən zədə almasıdır.

Məlumatı "Arsenal"ın baş məşqçisi Arsen Venger də təsdiqləyib.

Qeyd edək ki, D.Aspina DÇ-2014-də uğurlu oyunundan sonra "Arsenal"a transfer olunub.

Xəbər 743 dəfə oxundu.