Avropa Liqasında III tura bir oyunla start verilir
Avopa Liqasının qrup mərhələsinin III turunun oyunlarına bu gün keçiriləcək bir görüşlə start veriləcək.

Kiyevdə baş tutacaq oyunda "Metallist" (Ukrayna) və "Legiya" (Polşa) komandaları üz-üzə gələcək.

Sabah Kiyevdə qrup mərhələsinin daha bir oyunu - "Dnepr" - "Qarabağ" matçı keçiriləcək. UEFA qaydalarına əsasən, eyni şəhərdə bir gün ərzində iki avrokubok matçı keçirilə bilməz. Bu səbəbdən "Metallist" - "Legiya" oyunu bir gün öncəyə təyin olunub.

Qeyd edək ki, "Metallist" - "Legiya" oyunu bu axşam,Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

22 oktyabr

Avropa Liqası, qrup mərhələsinin III tur

21:00. "Metallist" (Xarkov, Ukrayna) - "Legiya" (Polşa)

Xəbər 753 dəfə oxundu.