"Levante"nin yeni baş məşqçisi müəyyənləşdi
Dünən Xose Luis Mendilibarla yollarını ayıran "Levante" klubunun yeni baş məşqçisi müəyyənləşib.

Bundan sonra komandanı Lukas Alkaras çalışdıracaq.

48 yaşlı mütəxəssis La Liqa təmsilçisi ilə mövsümün sonuna qədər müqavilə imzalayıb. Lakin komanda uğurlu çıxış edəcəyi təqdirdə Alkarasla müqavilənin müddəti daha bir il artırılacaq.

Qeyd edək ki, ispaniyalı mütəxəssisin son komandası "Qranada" klubu olub.

Xəbər 854 dəfə oxundu.