Raulun yeni komandası bəlli oldu
"Real" (Madrid) klubunun canlı əfsanəsi Raul Qonzalesin yeni komandası bəlli olub.

37 yaşlı futbolçu karyerasını ABŞ-ın "Kosmos" klubunda davam etdirəcək.

Rəhbərlik Raulun komandanın oyunçu-məşqçisi olmasını istəyib. Təklifi müsbət qarşılayan təcrübəli futbolçu meydanda olmaqla yanaşı, məşqçilik funksiyasını da yerinə yetirəcək.

Qeyd edək ki, 2010-cu ildə "Real"dan ayrılan Raul "Şalke", ardından Qətərin "Əl Sədd" klublarında çıxış edib.

Xəbər 790 dəfə oxundu.