Ağcabədidə rayon turniri keçirilib
Oktyabrın 21-də Ağcabədi rayon Gənclər və İdman idarəsinin dəstəyi ilə karate-do idman növü üzrə yeniyetmə və gənclər arasında rayon turniri keçirilib.

Ağcabədi rayon mərkəzi stadionunda 31 nəfərin iştirakı ilə keçirilən yarışın məqsədi Rayonda karate-do idman növünün inkişaf etdirilməsi olub.

Sonda Vüsal Cəfərov (14-15 yaş), Lazım Allahverdiyev (16-17 yaş), Nəcməddin Bünyadov (18-20 yaş) yüksək yerlərə layiq görülüblər.


Xəbər 861 dəfə oxundu.