Çempionlar Liqasında tarixi gecə | |
Çempionlar Liqasında qrup mərhələsinin 3-cü turunun ilk günü tarixə keçib. Dünən gecə turnir tarixində ən məhsuldar gün olub. 8 oyunda komandalar 40 qol vurub, yəni orta hesabla bir oyunda 5 dəfə top qapılardan keçib. Ən çox qol “Roma”-“Bavariya” matçında qeydə alınıb - 1:7. APOEL - PSJ görüşündə isə ən az qol vurulub - 0:1. Qeyd edək ki, ÇL-in 3-cü turunun digər oyunları bu gün keçiriləcək. |
|
Xəbər 732 dəfə oxundu. |
|
|