"Atletiko" üç futbolçudan məhrum oldu
"Atletiko"nun futbolçuları Qabi, Kristian Ansaldi və Tiaqo Mendes Çempionlar Liqasında "Malmö"yə qarşı matçda oynamayacaqlar.

Hər üç futbolçu zədəli olduğuna görə bu oyun üçün heyətə daxil edilməyib.

Qeyd edək ki, "Atletiko" - "Malmö" görüşü sabah keçiriləcək.

Xəbər 743 dəfə oxundu.