Azərbaycan Qolf Federasiyasına yeni prezident seçilib
Məlum olduğu kimi, qolf idman növü 2016-cı ildə Rio-de Janeyro şəhərində keçiriləcək olimpiya oyunları siyahısına salınıb. Bu idman növünün Azərbaycanda da inkişaf etdirilməsi işlərinə başlanılıb.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən idman.com.az saytına bildiriblər ki, bununla əlaqədar dekabrın 28-də keçirilən konfransda “ZQAN Holdinq” şirkətinin prezidenti Anar Məmmədov Azərbaycan Qolf Federasiyasının prezidenti seçilib.

Xəbər 2129 dəfə oxundu.