Güləşçilərimiz ən güclülərini müəyyənləşdirdilər

«Sərhədçi» Olimpiya-İdman Mərkəzində güləşçilər arasında Azərbaycan çempionatı keçirilib. Sərbəst üsulla mübarizə aparan pəhləvanların yarışında 190, yunan-Roma güləşçilərinin rəqabətində 154 bahadır qüvvəsini sınayıb. Tədbirin ilk günündə çempionatın açılışı təşkil olunub. Mərasimdə çıxış edən gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov və Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Elçin Cəfərov ölkəmizdə güləş məktəbinin ənənələrindən söz açıb, son dövrlərdə idmançılarımızın beynəlxalq yarışlarda uğurlu çıxışını qeyd edib; bu işdə dövlətin idmana qayğısını vurğulayıblar. Onlar ölkəmizdə idmanın, o cümlədən güləşin inkişafına göstərdiyi diqqət və qayğıya görə ölkə başçısı, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevə təşəkkürlərini bildiriblər. Qeyd olunub ki, güləşçilərimiz 2012-ci ildə Londonda təşkil olunacaq yay olimpiya oyunlarına 7 lisenziyanı təmin ediblər. Ümumilikdə isə, 10 idman növündə 29 lisenziya qazanılıb. İdmançılarımızın «dördillik»yə daha 20 vəsiqə əldə etmək şansı var. Olimpiya oyunlarından əlavə, gələn il bu turnirin qaliblərini Avropa, dünya çempionatları və dünya Kuboku yarışları kimi mötəbər turnirlər gözləyir.
Nəzərinizə çatdıraq ki, yarışın nəticələrinə əsasən çəki dərəcələri üzrə ilk 3 yeri tutmuş idmançılar AGF tərəfindən diplom, medal və pul mükafatı ilə təltif edilibələr. Həmin güləşçilər ölkə yığma komandasının heyətinə cəlb ediləcək və tam dəst idman geyimi ilə təmin olunacaqlar.
4 gün davam etmiş mübarizədə qalib və mükafatçılar sırasında aşağıdakı pəhləvanlar yer alıblar:
Yunan-Roma güləşi - 55 kq: 1.Eldəniz Əzizli, 2.Elçin Əliyev, 3.Vilayət Qəhrəmanlı, Elman Muxtarov; 60 kq: 1.Kamran Məmmədov, 2.Orxan Paşayev, 3.Rövşən Bayramov, Sakit Cəlilov; 66 kq: 1.Həsən Əliyev, 2.Vitali Rəhimov, 3.Rəsul Çunayev, Əsədov Anar; 74 kq: 1.Niyaməddin İbrahimov, 2.Samuray Mustafayev, 3.Elvin Mürsəliyev, Emin Əhmədov; 84 kq: 1.Rafiq Hüseynov, 2.Həmzət Yusupov, 3.Şəhriyar Məmmədov, Rüfət Hüseynov; 96 kq: 1.Şalva Qadabadze, 2.Saman Təhmasibi, 3.Murtuza Tağıyev, Araz Həsənov; 120 kq: 1.Maksim Proxorov, 2.Musa Mirzəyev, 3.Zaur Mehrəliyev, Məsud Həşimzadə
Sərbəst güləş - 55 kq: 1.Namiq Sevdimzadə, 2.Qalib Əliyev, 3.Etibar Hacıyev, Cəlal Süleymanov; 60 kq: 1.Toğrul Əsgərov, 2.Ağahüseyn Mustafayev, 3.Hacı Əliyev, Ramil Ələkbərov; 66 kq: 1.Emin Əzizov, 2.Ruslan Dibirhacıyev, 3.Zəlimxan Hüseynov, Bəxtiyar İsrafilli; 74 kq: 1.Cəbrayıl Həsənov, 2.Aleksandr Qostiyev, 3.Elnur Əliyev, Aqil Quliyev; 84 kq: 1.Çamsulvara Çamsulvarayev, 2.İlya Xamikoyev, 3.Məhəmmədhacı Xatiyev, Novruz Temrezov; 96 kq: 1.Aslanbəy Alborov, 2.Toxtar Temrezov, 3.Babay Məhəmmədov, İlham Abidov; 120 kq: 1.Cəmaləddin Məhəmmədov, 2.Aslan Cəbişov, 3.Əli Məhəmməddəbirov, Əli İsayev.

Xəbər 1095 dəfə oxundu.