İspaniya kubokunun püşkü atıldı | |
İspaniya kubokunda 2014/2015 mövsümünün püşkatma mərasimi keçirilib. Tədbirdə 1/16 final və digər mərhələlərin cütlükləri müəyyənləşib. "Barselona", "Real" (Madrid) və "Atletiko" (Madrid) klubları ilk "dördlük"də qərarlaşıb. Bu da o deməkdir ki, azarkeşlər 1/8 finalda Madrid derbisini izləyə biləcəklər. "El-Klassiko" isə yalnız 1/4 finalda mümkün olacaq. Qeyd edək ki, 1/16 finalın ilk oyunları dekabrın 3-də, cavab qarşılaşmaları isə ayın 17-də keçiriləcək. Klublararası dünya çempionatında iştirak edəcək "Real"ın "Kornelya" ilə oyunları 29 oktyabr - 3 dekabr tarixlərində keçiriləcək. 3-17 dekabr İspaniya kuboku, 1/16 final "Hueska" - "Barselona" "Kornelya" - "Real" (Madrid) "L Hospitalet" - "Atletiko (Madrid)" "Alkoyano" - "Atletik" (Bilbao) "Kadiz" - "Vilyareal" "Oviedo" - "Real Sosyedad" "Sabadell" - "Sevilya" "Alaves" - "Espanyol" "Albasete" - "Levante" "Las Palmas" - "Selta Viqo" "Betis" - "Almeriya" "Valyadolid" - "Elçe" "Rayo Valyekano" - "Valensiya" "Qetafe" - "Eybar" "Qranada" - "Kordoba" "Deportivo" - "Malaqa" |
|
Xəbər 926 dəfə oxundu. |
|
|