"Sizi bağrıma basıram " – Messi
Dünən "Barselona"nın futbolçusu Lionel Messi üçün əlamətdar gün olub. Argentinalı hücumçusu "Barselona"da rəsmi debütünün 10 ili tamam olub.

Bununla bağlı "Facebook" səhifəsində açıqlama verən Messi 10 ildə ona dəstək olan hər kəsə təşəkkürünü bildirib:

"Barselona"da möhtəşəm 10 ilim keçdi. Bu illər ərzində mənə dəstək olan ailəmə, komanda yoldaşlarıma və "Barselona" rəhbərliyi başda olmaqla, hamıya təşəkkür edirəm. "Barselona" forması ilə meydanda olduğum hər an mənim üçün mükəmməl keçib. Bundan sonra da komandamla kuboklar qazanmağa çalışacam. Məni təbrik edən hər kəsi bağrıma basıram".

Messi "İnstaqram" hesabından isə "Barselona"da uzun müddət oynamaq istədiyini yazıb.

Qeyd edək ki, Messi "Barselona"da ilk rəsmi matçına 2004-cü ilin 16 oktyabrında, 17 yaşındaykən “Espanyol”la oyunda çıxıb.

Xəbər 880 dəfə oxundu.