Qalmaqala səbəb olan futbolçu danışdı
Serbiya yığmasının futbolçusu Stefan Mitroviç "Avro-2016"nın seçmə mərhələsində Albaniya ilə görüşdə yaşanan qalmaqala münasibət bildirib.

Mitroviç gərginliyə səbəb olan epizodu belə şərh edib:

"Bayrağa ən yaxın mən idim və tullanaraq onu tutdum. Oyunun davam etməsi üçün bayrağı və pultla idarə edilən helikopteri hakimə vermək istədim. Lakin albanlar aqressiv davranaraq mənə təzyiq etdilər. Bundan sonra ara qarışdı. Baş verənləri hər kəs gördü".

Qeyd edək ki, matçın 44-cü dəqiqəsində helikopterlə 2008-ci ildə Serbiyadan ayrılan Kosovanın da əhatə olunduğu xəritənin yer aldığı Albaniya bayrağının meydançaya endirilməsindən sonra iki komandanın futbolçuları arasında gərginlik yaşanıb. Belədə matçın baş hakimi Martin Atkinson oyunun təxirə salındığını elan edib.

Xəbər 828 dəfə oxundu.