“Bakı”dan “Eurovision-2011”in qaliblərinə hədiyyə

Avropanın ən mötəbər musiqi yarışması olan “Eurovision-2011”in qalibləri Nigar Camalla Eldar Qasımov "Bakı"ya uğurlar arzulayıblar. İdman.com.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, ZQAN Holdinqin "Fidan" restoranında keçirdiyi Yeni il şənliklərinə qatılan ulduzlar, paytaxt klubunu çox sevdiklərini və diqqətlə izlədiklərini bildiriblər. Bu ilin mayında Almaniyada keçirilən mahnı müsabiqəsində qalib gələrək Azərbaycanı zirvəyə daşıyan Nigarla Eldar "Bakı"nın prezidenti Hafiz Məmmədov tərəfindən hədiyyə olunan döş nişanlarını tədbirin sonunadək fəxrlə nümayiş etdiriblər.

Xəbər 1098 dəfə oxundu.