"Dünyanın ən yaxşı futbolçusu olacam"
"Çelsi"nin futbolçusu Eden Hazard iddialı açıqlama verib.

Belçikalı hücumçu dünyanın ən yaxşı futbolçularından biri olacağına inandığını deyib:

"Hazırda dünyanın ən yaxşı beş futbolçusundan biri deyiləm. Ancaq ən yaxşı olmaq üçün çalışıram".

Hazard dünyanın ən yaxşısı hesab etdiyi beş futbolçunun adını da açıqlayıb:

"Ronaldo və Messi başqa planetdən gəliblər. Riberi, İbrahimoviç və Robben də ən yaxşı beş futbolçu sırasındadır".

Xəbər 748 dəfə oxundu.