Tələbə damaçıların respublika birinciliyi yekunlaşıb
“Gənclik” TİC Respublika Şurasının təşkilatçılığı ilə orta ixtisas təhsil müəssisələrinin tələbələri arasında şahmat, dama, stolüstü tennis, voleybol, basketbol üzrə respublika birinciliyi start götürüb. Yarışlar oktyabr, noyabr, dekabr aylarında keçiriləcək. Ayrı-ayrı təhsil müəssisələrindən komandaların mübarizə apardığı və Azərbaycan Dövlət Pedoqoji Kollecin idman zalında keçirilmiş dama yarışlarında nəticələr artıq müəyyənləşib.

Neft və Energetika Kolleci, Bakı Sənaye-Pedoqoji Kolleci və Bakı Humanitar Kollecin komandaları qızların, Bakı Sənaye-Pedoqoji Kolleci, Azərbaycan Texniki Kolleci, Neft və Energetika Kollecinin damaçıları isə oğlanların yarışlarında ilk üç yeri tutublar.

Xəbər 2195 dəfə oxundu.