“Qrand Final”ın qalibi mukafatlandırıldı
Avstriyanın Zalsburq şəhərində WKF Premyer Liqasının “Qrand final” turnirinin nəticələri və noyabrın əvvəlində Almaniyanın Bremen şəhərində dünya çempionatına hazırlıq işləri ilə bağlı yığıncaq keçirildi.

Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov və birinci vitse-prezident İlham Qasımzadə “Qrand Final”ın gümüş mükafatçısı Nuranə Əliyevaya baş sponsor Azərbaycan Beynəlxalq Bankı tərəfindən qiymətli hədiyyələr təqdim etdi. Həmçinin Asiya oyunlarında tarixi nəticə göstərən Özbəkistan milli komandasını çalışdıran Şahin Xudaverdiyevə və Qazaxıstan karateçilərinin göstərdiyi nəticədə xidməti olan Rəhman Hətəmova minnətdarlıq bildirildi.

İclasda milli komndanın baş məşqçisi, əməkdar məşqçi Rəhman Hətəmov, kata üzrə baş məşqçi Vahid Ayvazov və Premyer Liqanı idarə edən hakimlərdən federasiyanın vitse-prezidenti Yusif Məmmədovun yarışla bağlı məruzəsi dinlənildi.

Yığıncaq, Bakı 2015 Avropa Oyunlarına hazırlığın bir hissəsi kimi qarşıdakı dünya çempionatının müzakirəsi ilə davam etdirildi.

Xəbər 882 dəfə oxundu.