Millimiz Almaniya klubu ilə bərabərə qaldı
Almaniyanın Heusenstamm şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi yoldaşlıq oyunu keçirib.

İdman.com.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, "Frankfurt" klubunun U-19 komandası ilə qarşılaşan millimiz 2:2 hesabı ilə bərabərə qalıb.

Milli komandamızda qolları Benhur Kama və Bəhlul Mustafazadə vurub.

Xəbər 886 dəfə oxundu.