Nigeriya millisində baş məşqçi dəyişikliyi
Nigeriya Futbol Federasiyası millinin baş məşqçisi Stiven Keşi ilə yolları ayırıb.

Milli komanda Afrika kubokunda uğursuz çıxış etdiyi üçün bu qərar verilib. Yığmanı müvəqqəti olaraq Şaibu Amodunun çalışdıracağı bildirilib.

Qeyd edək ki, Nigeriya millisi bu il keçirilən dünya çempionatında 1/8 finala kimi yüksəlib.

Xəbər 841 dəfə oxundu.