Serbiya və Albaniya milliləri haqda sensasiyalı iddia
"Avro-2016"nın seçmə mərhələsində İ qrupunda mübarizə aparan Serbiya və Albaniya milliləri ilə bağlı sensasiyalı iddia yayılıb.

"Sky Sport" qəzeti yazıb ki, Serbiya - Albaniya matçında baş verən insidente görə UEFA hər iki millini "Avro-2016"dan kənarlaşdırıb.

UEFA-nın oktyabrın 23-ü bu qərarı rəsmən açıqlayacağı gözlənilir.

Qeyd edək ki, Serbiya – Albaniya matçının 44-cü dəqiqəsində pultla idarə olunan mini helikopterlə 2008-ci ildə Serbiyadan ayrılan Kosovanın da əhatə olunduğu xəritənin yer aldığı Albaniya bayrağı meydançaya endirilib. Bundan sonra iki komandanın futbolçuları arasında gərginlik yaşanıb. Bu səbəbdən matçın baş hakimi Martin Atkinson oyunun yarımçıq dayandırıb.

Xəbər 737 dəfə oxundu.