Stiven Cerard 11 il öncə
Ötən gün "Liverpul"un kapitanı Stiven Cerard üçün əlamətdar olub.

İngilis futbolçunun "Liverpul"un kapitanı olmasından 11 il ötüb.

Məhz oktyabrın 15-də Cerard ilk dəfə "Liverpul"u kapitan kimi meydana çıxarıb. Həmin oyun 2003/2004 mövsümünün UEFA kubokunda "Olimpia" (Sloveniya) ilə görüşə (3:0) təsadüf edib.

34 yaşlı futbolçu tarixi günlə bağlı öz "İnstagram" səhifəsində bunları yazıb: "11 il öncə xəyal etdiyim komandanın kapitanı oldum. Bu, karyeramda hər zaman fəxr edəcəyim bir gündür. Belə böyük klubun kapitanı olmaq böyük fəxrdir".

Qeyd edək ki, 1998-ci ildən "Liverpul"un şərəfini qoruyan keçirdiyi 482 oyunda 112 qola imza atıb.

Xəbər 811 dəfə oxundu.