Valter Matsari "İnter"dən ayrı düşdü
Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan İtaliya "İnter"inin çalışdırıcısı Valter Matsari qripə yoluxub.

Bu səbəbdən təcrübəli mütəxəssis son məşqdə komandasından ayrı düşüb.

Matsari klubun bazasında olsa da, futbolçularla birgə meydançaya çıxmayıb. Bu eyni zamanda Matsarinin komanda ilə yollarını ayıracağı iddialarını da gücləndirib.

Qeyd edək ki, İtaliya A Seriyasının son iki turunda məğlub olan "İnter" növbəti turda "Napoli" ilə qarşılaşacaq. Bu oyunda da məğlub olacağı təqdirdə Matsarinin istefaya göndəriləcəyi bildirilir.

Xəbər 828 dəfə oxundu.