Məsut Özil "Arsenal"dan ayrılmayacaq
"Arsenal" klubunun futbolçusu Məsut Özil komandadan ayrılacağı ilə bağlı xəbərlərə münasibət bildirib.

Xəbəri təkzib edən türk əsilli futbolçu "tvitter" sosial şəbəkəsindəki səhifəsində belə yazıb:

"Arsenal"a kömək etmək üçün yaxın zamanda yaşıl meydanlara dönəcəm. İndi və gələcəkdə".

Qeyd edək ki, daha öncə Özilin qışda "Bavariya"ya transfer olunacağı iddia edilirdi.

Xəbər 727 dəfə oxundu.