Neymar Ginnesin rekordlar kitabına düşdü
Braziliya millisinin və "Barselona"nın hücumçusu Neymar Ginnesin rekordlar kitabına düşüb.

Neymar həm Çempionlar Liqası, həm də Libertadores kubokunda het-trik edən ilk futbolçu olub.

22 yaşlı futbolçu 2012-ci ilin martında "Santos"un heyətində "İnternasional"la görüşdə (3:1) 3 dəfə rəqib qapısına yol tapıb. Ötən ilin dekabr ayında Çempionlar Liqasının qrup mərhələsində keçirilən "Barselona" - "Seltik" matçında (6:1) da 3 qol vurmağı bacaran Neymar adını Ginnesin rekordlar kitabına yazdırıb.

Xəbər 861 dəfə oxundu.