6000-ci qol
"Avro-2016"nın seçmə mərhələsində keçirilən Polşa - Şotlandiya oyunu (2:2) qonaqların futbolçusu Stiven Neysmit üçün əlamətdar olub.

Polşanın qapısına yol tapan 28 yaşlı futbolçu Avropa seçmə mərhələlərində vurulan 6000-ci qolun müəllifi kimi tarixə düşüb.

Qeyd edək ki, Avropa seçmə mərhələsində ilk qolu 1958-ci ildə keçmiş SSRİ yığmasının futbolçusu Anatoli İlin Macarıstanla görüşdə vurub.

Xəbər 748 dəfə oxundu.