Blatterdən qalmaqallı oyuna münasibət
FİFA prezidenti Yozef Blatter "Avro-2016"nın seçmə mərhələsində dünən keçirilən Serbiya - Albaniya matçında yaşananlara münasibət bildirib.

Blatter "tvitter" sosial şəbəkəsindəki səhifəsində dünənki insidentlə bağlı bunları yazıb:

"Futbol siyasi məqsədlər üçün istifadə edilməməlidir. Qətiyyətlə dünən gecə baş verənləri qınayıram".

Qeyd edək ki, matçın 44-cü dəqiqəsində helikopterlə 2008-ci ildə Serbiyadan ayrılan Kosovanın da əhatə olunduğu xəritənin yer aldığı Albaniya bayrağının meydançaya endirilməsindən sonra iki komandanın futbolçuları arasında gərginlik yaşanıb. Belədə matçın baş hakimi Martin Atkinson oyunun təxirə salındığını elan edib.

Xəbər 854 dəfə oxundu.