"Araz"ın yeni baş məşqçisi bəlli oldu
Azərbaycanın "Araz" futzal klubunun yeni baş məşqçisi müəyyənləşib.

Komandanı bundan sonra ispaniyalı mütəxəssis Tino Peres çalışdıracaq.

Daha öncə Moskva "Dinamo"sunda işləyən T.Peres İspaniyanın elit məşqçilərindən sayılır.

Qeyd edək ki, Tino Peres "Araz"da bir müddət öncə Azərbaycanı tərk edən braziliyalı Joze Alesionu əvəzləyib.

Xəbər 810 dəfə oxundu.