Sərbəst güləşçilər "Qitələrarası Kubok" uğrunda yarışacaq
Oktyabrın 18-19-da Dağıstanın Xasavyurt şəhərində sərbəst güləş üzrə sayca 6-cı “Qitələrarası Kubok” beynəlxalq turniri keçiriləcək.

Yığma komandanın məşqçilər korpusunun rəyinə əsasən, turnirdə 14 idmançımız iştirak edəcək. Məşqçilər David Kurtsiya və Saypulla Absaidovun rəhbərliyi altında Xasavyurtda Mahmud Məhəmmədov (57 kq), Ənvərbəy Dalqatov, Coşqun Əzimov, Ağahüseyn Mustafayev (hamısı 65 kq), Hacımurad Ömərov (70 kq), Cəbrayıl Həsənov, Əşrəf Əliyev (hər ikisi 74 kq), Məhəmməd Abdulxaliqov, İbrahim Yusubov, Aleksandr Qostiyev (hamısı 86 kq), Hacımurad Şərifov (97 kq), Əli Maqomedabirov, Əli İsayev və Aslan Dzebişov (hamısı 125 kq) mübarizə aparacaq.

Bundan başqa, beynəlxalq dərəcəli hakimlər Qərib Əliyev, Xanmirzə Məlikəliyev, Rövşən Azadov və Əbdul Nuriyev görüşlərin idarə olunmasında ölkəmizi təmsil edəcək.

Xəbər 834 dəfə oxundu.