20 yaşadək gənclər arasında DÇ-nin 8 turunun nəticələri müəyyənləşib
Hindistanın Pune şəhərində keçirilən 20 yaşadək gənclər arasında dünya çempionatında 8-ci turun oyunları başa çatıb. Çempionatda 49 ölkədən 215 (137 nəfər oğlan və 78 nəfər qız) şahmatçı mübarizə aparır. Ölkəmizi beynəlxalq qrossmeysterlər - Ülvi Bacarani, Nicat Abasov və beynəlxalq usta - Səbinə İbrahimova təmsil edirlər.

Şahmat Federasiyasının məlumatına görə 8-ci turdan sonra qızların yarışında rusiyalı Aleksandra Qoryaçkina, Ann Çumtipas (Peru) və Anna İvanova (Polşa) hərəyə 6,5 xal toplayaraq zirvəni bölüşdürürlər. Azərbaycan təmsilçisi Səbinə İbrahimova 8-ci turda yerli şahmatçı Ruca Pucarini məğlub edərək 5.5 xalla 8-ci pilləyə yüksəlib.

20 yaşınadək oğlanlar arasında mübarizə aparan Ülvi Bacarani Çin təmsilçisi Jinsi Baiyə məğlub olub. Nicat Abasov isə rəqibi üzərində qələbə qazanıb. Hər iki şahmatçımızın aktivində 5 xal var. Oğlanların çempioatında isə Çin şahmatçıları – Yi Vei və Yu Şanqleyi, Ermənistan təmsilçisi Qriqoryan Karen 6.5 xalla liderlik edirlər.

9-cu turda Səbinə İbrahimova Çin təmsilçisi Mo Zhai , Ülvi Bacarani İtaliyalı beynəlxalq usta Makro Kodenotti ilə görüşəcək, Nicat Abbasov isə Fransa təmsilçisi Borya İder ilə gücünü sınayacaq.

İsveçrə sistemi ilə 13 turda keçirilən turnir oktyabrın 19-da başa çatacaq.

Leyla QURBANOVA

Xəbər 871 dəfə oxundu.