"Qrupun lideri olacağıq" - Ronaldo
"Avro-2016"nın seçmə mərhələsində səfərdə Danimarkanı məğlub edən Portuqaliya yığmasının hücumçusu Kriştiano Ronaldo iddialı açıqlamaları ilə diqqət çəkib.

"Goal.com"a danışan təcrübəli futbolçu komandasının qrupu lider kimi başa vuracağına inandığını bildirib:

"Portuqaliyanın qrupu lider kimi başa vuracağına inanıram. Meydanda öz gücümüzü nümayiş etdirəcəyik. Əminəm ki, Fransada keçiriləcək Avropa çempionatında olacağıq".

Xəbər 706 dəfə oxundu.