Millimiz Xorvatiya klubunu məğlub etdi
Xorvatiyada təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib.

İdman.com.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, “Novigrad” klubunun U-19 komandası ilə qarşılaşan yığmamız 2:0 hesabı ilə qələbə qazanıb.

Yığmamızın qollarını Qara Qarayev və Nicat Süleymanov vurub.

Xəbər 823 dəfə oxundu.