Braziliya millisinin kapitanı dəyişdi
Braziliya millisinin əsas kapitanı dəyişib.

Millinin baş məşqçisi Karlos Dunqa komandanın əsas kapitanının Neymar olduğunu açıqlayıb:

"Neymar artıq yeni kapitanımızdır. O, meydanda çox fərqli xarakterli futbolçu olur və oynamaqdan zövq alır".

Qeyd edək ki, bundan əvvəl Braziliya millisinin əsas kapitanı Tiaqo Silva idi. O, zədələndiyi üçün müvəqqəti olaraq kapitan sarğısını Neymar daşıyırdı.

Xəbər 849 dəfə oxundu.