Serbiya - Albaniya matçı yarımçıq dayandırıldı
"Qarabağ"ın futbolçusu Ansi Aqolinin şərəfini qoruduğu Albaniya milli komandasının "Avro-2016"nın seçmə mərhələsində Serbiya yığması ilə səfər matçı yarımçıq qalıb.

Görüş 41-ci dəqiqədə dayandırılıb.

Buna Belqraddakı stadionuna helikopterlə Albaniya bayrağının endirilməsi səbəb olub. Bu hadisə serbiyalı futbolçuları özündən çıxarıb. Daha sonra rəqib futbolçular arasında münaqişə yaranıb. Meydana kənar əşyalar atılıb. Buna görə də matçın baş hakimi Martin Atkinson oyunu dayandırıb. Görüş qeyri-müəyyən vaxtadək təxirə salınıb.

Qeyd edək ki, Ansi Aqoli oyuna ilk "11-lik"də başlayıb.

Xəbər 789 dəfə oxundu.