"Burada qalsaydım..." - Flavinyo
"İtaliyaya zədəmi sağaltmaq üçün yollanmışdım. Orada istifadə olunan tibbi avadanlıqlar müalicənin daha sürətli aparılmasına imkan verir".

Bu sözləri "Neftçi"nin futbolçusu Flavinyo klubun rəsmi saytına açıqlamasında deyib.

Müalicəsi ilə bağlı danışan braziliyalı futbolçu Premyer Liqanın 8-ci turunda qarşılaşacaqları "Sumqayıt"la oyunda meydanda olmayacağını bildirib:

"Burada qalsaydım, azı 20 gün müalicə olunmalıydım. İndi isə komandanın düşərgəsindəyəm və fərdi məşq edirəm. Çox güman ki, “Sumqayıt”la oyunda meydanda olmayacağam. Sonrakı turlarda isə formamı tam bərpa edib, komandama kömək edəcəm”.

Xəbər 816 dəfə oxundu.