Dünya futbolunda nadir rast gəlinən hadisə yaşanıb
Dünya futbolunda nadir rast gəlinən hadisə yaşanıb.

Estoniya yığmasının futbolçusu Artur Pik "Avro-2016"nın seçmə mərhələsində İngiltərə ilə oyundan sonra xidmətdə olduğu hərbi hissəyə qayıdıb.

Matçdan sonra jurnalistlər Runi və Hendersona qarşı oynayan 21 yaşlı futbolçu ilə ünsiyyət qurmaq istəsələr də, Artur hərbi hissəyə tələsdiyini bildirərək oradan uzaqlaşıb.

Qeyd edək ki, Estoniya - İngiltərə oyunu 0:1 hesabı ilə qonaqların xeyrinə başa çatıb.

Xəbər 761 dəfə oxundu.