"Bakı" bu gün növbəti yoldaşlıq matçına çıxacaq
Azərbaycan millisinin "Avro-2016"nın seçmə mərhələsindəki oyunları ilə əlaqədar Premyer Liqada yaranan fasilədən istifadə edən "Bakı" bu gün növbəti yoldaşlıq matçına çıxacaq.

Paytaxt klubunun rəqibi birinci divizion təmsilçisi "Bakılı" olacaq.

"Bakı"nın təlim məşq toplanışında keçiriləcək qarşılaşma saat 16:00-da başlayacaq.

Qeyd edək ki, "Bakı" bundan əvvəl yoldaşlıq görüşündə "Neftçi" ilə bərabərə qalıb - 0:0.

Xəbər 826 dəfə oxundu.