“Qızıl ayaq” mükafatının sahibi bəlli oldu
Yaşı 28-dən az olmayan ən yaxşı futbolçuya verilən “Qızıl ayaq” ("Golden Foot") mükafatının sahibinin adı məlum olub.

İspaniya millisinin və "Barselona"nın yarımmüdafiəçisi Andres İnyesta ilin ən yaxşısı seçilib.

O, səsvermədə Tyerri Anri, Manuel Noyer, Andrea Pirlo, Frank Riberi, Kriştiano Ronaldo, Ueyn Runi, Tiaqo Silva, Yaya Ture və qadın futbolçu Marta da Silvanı qabaqalayaraq birinci olub.

Xatırladaq ki, bundan əvvəlki mükafatı Didye Droqba qazanıb.

Xəbər 810 dəfə oxundu.