İtaliya və Norveç qələbə qazandı
Bu gün “Avro-2016”nın seçmə mərhələsinin növbəti oyunları keçirilib.

Milli komandamızın rəqibləri də bu gün meydana çıxıb.

Son oyunda yığmamızı 2:1 hesabı ilə məğlub edən İtaliya millisi səfərdə Malta ilə qarşılaşıb və minimal hesablı qələbə qazanıb - 1:0.

Norveç isə öz meydanında Bolqarıstanla üz-üzə gəlib. Bu oyun meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 2:1.





13 oktyabr

“Avro-2016”nın seçmə mərhələsi

H qrupu

23:45. Malta - İtaliya - 0:1
Qol: Qraziano Pelle, 24 (0:1)
Qırmızı vərəqə: Mixael Mifsud, 28 (Malta), Leonardo Bonuççi, 73 (İtaliya)

23:45. Norveç - Bolqarıstan - 2:1
Qol: Tarik Elyunosi, 13 (1:0), Nikolay Bodurov, 43 (1:1), Havard Nielsen, 72 (2:1)

23:45. Xorvatiya - Azərbaycan - 6:0
Qollar: Andrey Kramariç, 11 (1:0), İvan Perişiç, 34, 44 (4:0), Marselo Brozoviç, 45+1 (4:0), Luka Modriç, 56-pen (5:0), Rəşad Sadıqov, 61-avtoqol (6:0)

Xəbər 772 dəfə oxundu.