"Hazırda Ronaldodan yaxşı futbolçu yoxdur"
"Real" (Madrid) klubunun futbolçusu Toni Kroos komanda yoldaşı Kriştiano Ronaldo haqda xoş fikirlər səsləndirib.

"Die Welt"ə danışan almaniyalı futbolçu hazırda Ronaldodan yaxşı oyunçunun olmadığını bildirib:

"Hazırda Ronaldodan yaxşı futbolçu yoxdur. "Real"a gəldiyimdə ilk münasibət qurduğum futbolçu Ronaldo oldu. O, çox mehriban və gözəl insandır. Madrid klubuna yüksək standartlara malik komandadan gəlmişəm. Ona görə də "Real"a adaptasiya olunmaqda heç bir problem yaşamadım. Bəlkə insanlar inanmayacaqlar, amma "Real" ailəvi bir klubdur".

Qeyd edək ki, Kroos mövsümün əvvəlində "Bavariya"dan "Real"a transfer olunub.

Xəbər 782 dəfə oxundu.