“Milan”ın futbolçusu "Ebola" virusuna yoluxub?
Milan"ın futbolçusu Maykl Essyenin "Ebola" virusuna yoluxduğu iddia edilib.

Qanalı yarımmüdafiəçinin Afrikanın ölüm saçan xəstəliyinə düçar olması ilə bağlı yayılan xəbərlərə klub rəsmisi Rikkardo Koli münasibət bildirib.

Bu xəbərləri təsdiqləyən klub rəsmisi Essyenin durumunun yaxşılaşacağına inandığını deyib: "Essyenə Ebola diaqnozu çox erkən qoyulub. Hazırda tibb mütəxəssislərinin nəzarəti altındadır və vəziyyəti düzəlməlidir. Klubumuzdakı hər kəs şoka düşüb, amma vəziyyətinə əsasən, yaxşı fikirdəyik".

Ancaq M.Essyen özü "Tvitter" səhifəsində bu iddiaları təkzib edib:
"Ebola" virusuna yoluxmamışam. Özümü yaxşı hiss edirəm. Tezliklə komanda ilə ümumi məşqlərə başlayacam".

Xəbər 818 dəfə oxundu.