Teymur Rəcəbov: "Rəqibin debütündən sonra yaxşı vəziyyət almadım"
Bakıda keçirilən şahmat üzrə qran-pri turnirində 8-ci turda Teymur Rəcəbov Yevgeni Tomaşevski ilə heç-heçə oynayıb. Partiyadan sonra Rəcəbov jurnalistlərin suallarına cavab verib:

"Rəqibin debütündən sonra yaxşı vəziyyət almadım. Əlbəttə, vəziyyətləri təhlil etmişdim. Belə vəziyyətlərdə çox oyunlarım olub. Heç-heçə bu oyun üçün normal nəticədir. Fikrimcə, hələlik turnir cədvəli haqda danışmaq düzgün deyil. Qarşıda 3 tur var. Üstəlik, qran-prinin digər iki mərhələsində də oynayacam. Yalnız sonda iddiaçılar turnirinə yollanan şahmatçıların adı məlum olacaq".

Yevgeni Tomaşevski isə nəhayət Bakı Qran-Pri turnirində ilk qələbəsini qazanmaq arzusunda olduğunu deyib: "Turnirdə ancaq heç-heçə oynayıram. Ona görə bu gün qələbə qazanmaq istəyirdim. Heç-heçələrim çoxdur. Bir vacib gedişə ehtiyac var idi. Həmin gedişi tapa bilmədim. Müxtəlif gedişlər var idi. Sadəcə düzgün yolu tapmaq lazım idi. Təəssüf ki, lazımi çıxış yolu tapılmadı. Heç-heçə normal nəticədir. Son turlarda nəhayət qələbə qazanmağa çalışacam".

Xəbər 1000 dəfə oxundu.