"Ronaldo eqoist futbolçu deyil" - Ançelotti
"Real" (Madrid) klubunun baş məşqçisi Karlo Ançelotti futbolçusu Kriştiano Ronaldo haqda danışıb.

İtaliyalı mütəxəssis "So Foot"a açıqlamasında Ronaldonun eqoist futbolçu olmadığını bildirib:

"Ronaldonun istedadının sərhəddi yoxdur. Mövsümdə 50 qolu rahatlıqla vura bilər. Bununla yanaşı, komanda yoldaşlarına çox köməklik göstərir. Biz nə istəyiriksə, meydanda onu da edir. Düşünürəm ki, o, eqoist futbolçu deyil".

Xəbər 871 dəfə oxundu.