“Ronaldo 40 yaşına kimi “Real”da oynaya bilər”
Xorxe Mendes meneceri olduğu "Real"ın futbolçusu Kriştiano Ronaldonun “Mançester Yunayted”də keçəcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

O deyib ki, portuqaliyalı futbolçusu 40 yaşına kimi “Kral klubu”nda oynaya bilər:

"Ronaldo Madriddə xoşbəxtdir. Onun başqa kluba transfer olunması ehtimalı azdır. O, "Real"da rekordlar qırıb və buna davam edəcək. Ronaldo heç vaxt Madrid klubundan ayrılmağı düşünməyib, düşünməyəcək də. Düzdür, Kriştiano altı il "Mançester Yunayted"də oynayıb. Ancaq azarkeşlər onun "Mançester Yunayted"də keçməsinin mümkünsüz olduğunu bilməlidirlər”.

X.Mendes Ronaldo barədə müsbət fikirlər də səsləndirib: "O, “Real”da 40 yaşına kimi oynaya bilər. Çünki Kriştiano dünyanın ən yaxşı futbolçusudur. İddia edirəm ki, 500 il keçsə belə, dünyada Ronaldodan yaxşı futbolçu olmayacaq".

Xəbər 962 dəfə oxundu.